Qaynar Sinkləmə

plastcongroup.az


Qərbi Avropa ölkələrinin təcrübəsinin tətbiqi regionda ən qabaqcıl və ekoloji cəhətdən təmiz Qaynar Sinkləmə Zavodunun yaradılmasına zəmin yaratmışdır.Qaynar Sinkləmə Zavodu böyük həcmdə istehsal gücünə malikdir, belə ki, zavodun illik istehsal gücü 40000 tondur.
Metalın ilkin emalı özündə kipləşdirilmiş sahədə yerləşən 9 (doqquz) ədəd texnoloji vannanı, 3 (üç) ədəd traversi eyni vaxtda quruda bilən quruducunu və vannaların yerləşdiyi sahədəki havanın tərkibindəki HCl buxarını (xlorid turşusu buxarını) tutmaq üçün nəzərdə tutulmuş skrubberi birləşdirir.

Sinklənmiş konstruksiyaların maksimal ölçüləri

Sinkləmə vannasının imkanları uzunluq, m en, m hündürlük, m
avtomatik rejim 15,0 1,4 2,7
əl rejimi 18,0 1,4 2,0

Xlorid turşusu ilə çirklənmiş suların təmizlənməsi üçün xüsusi neytrallaşdırıcı (Miniflot S200) qurğudan istifadə edilir. Bu qurğuda turşu ilə çirklənmiş sular NaOH qələvisi ilə neytrallaşdırılaraq kürəbəndə axıdılır. Kürəbəndə axıdılan suyun pH (7,5 - 8,5) göstəricisinə avtomatik nəzarət olunur. Materiallar sinkləmə vannasına girən zaman əmələ gələn sink oksidinin ətraf mühitə yayılmasının qarşısını almaq üçün sinkləmə vannası qapalı zonada yerləşdirilmişdir və sink oksidi ilə çirklənmiş hava havatəmizləyici filterdən keçərək atmosferə atılır. Sinkləmə vannasının üzərindəki havanın təmizlənməsi prosesi avtomatik həyata keçirilir.