Yüksək və alçaq təzyiqli, böyük diametrli burulmuş borular

Boruların uzunluğu:

Bu boruların hesablanmış standart uzunluğu L=6 metrdir. Bu uzunluq boruların cərgə ilə yığılmasını, saxlanmasını və daşınmasını asanlaşdırır. STP PMZ 1 metrdən 6 metrə qədər uzunluqda konkret məqsədlər üçün borular istehsal etmək imkanına malikdir. Bəzi hallarda birləşmələri daha az olan, daha uzun borulara tələb yaranır ki, bu halda 2 və 3 seksiyadan ibarət 12 və 18 metr uzunluqlarında konkret məqsədlər üçün borular istehsal etmək mümkündür.



PMZ daxili diametri (İD) DN 800-3500 mm olan borular istehsal etmək imkanına malikdir. Boruların nominal diametri daxili diametrə uyğundur.Divarlarının strukturlanması boruların daha yüksək statik basqılara dözmələrinə imkan yaradır. Bu strukturun quruluşu profilin tiplərindən asılıdır.


PR tipli profillər: Bu tipli profillər hamar daxili və profillənmiş xarici səthə malikdir. Burada kiçik çəki ilə yüksək həlqəvi möhkəmlik əldə etmək mümkündür.

OP tipli profillər: Bu tip profillər də həmçinin, hamar daxili səthə və profillənmiş xarici səthə malik olur. Xarici səthdə profillər “olimpiya həlqələri” şəklində düzülür. Bu tip profillər də kiçik çəki və yüksək həlqəvi möhkəmliyə malikdirlər.

naviv


Profilin tipi Profilin quruluşu Profilin şəkli
PR naviv naviv
OP naviv naviv

Məhsul kataloqu (PDF)

Məhsul kataloqunu burdan endirə bilərsiniz.

Download PDF