Polikarbonat Lövhələr
Pətəkvari polikarbonat lövhlər - məsaməli quruluşa malik, təbəqəli polimer materialdır. Bu material iki qatdan ibarətdir və bu qatlar öz aralarında möhkəmlik telləri adlanan daxili arakəsmələrlə birləşmişlər. PMZ-də polikarbonatın bütün istehsal prosesi İtaliya istehsalı olan müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir. Zavodda, polikarbonat məmulatlarının istehsalında, dünyada lider olan Ваyer və Sabic kimi xammal istehsalçıların məhsullarından istifadə edilir.
Xassələr | Тəbəqələrin qalınlığı,mm | |||||
---|---|---|---|---|---|---|
4 | 6 | 8 | 10 | 16 | 20 | |
Çəkisi, кq/m2 | 0,9 | 1,3 | 1,5 | 1,7 | 2,7 | 3,1 |
Мinimal əyilmə radiusu, m | 0,7 | 0,7 | 0,7 | 0,7 | 0,7 | 0,7 |
Səs izolyasiyası, dB | 16 | 18 | 19 | 20 | 21 | 23 |
İstilikötürmədə termiki müqavimət R, m2 °C/Vt * | 0,24 | 0,27 | 0,28 | 0,29 | 0,36 | 0,37 |
İstilikötürmə əmsalı, Vt/m2х°К * | 4,1 | 3,7 | 3,6 | 3,1 | 2,0 | 1,8 |
İşıqburaxma (rəngsiz və şəffaf təbəqələr üçün) | 84 | 82 | 82 | 80 | 76 | 79 |
Zərbə enerjisinin udulması, Nm | 21,3 | 27 | > 27 | > 27 | > 27 | > 27 |
Təbəqənin standart uzunluğu,m | 6 | 6 | 6 | 6 | 6 | 6 |
Təbəqənin eni, m | 2,1 | 2,1 | 2,1 | 2,1 | 2,1 | 2,1 |
Pətəkvari polikarbonatın tətbiqi sahələri
PMZ 4 mm – 20 mm qalınlıqda yüksək keyfiyyətli polikarbonat lövhələr təklif edir. Qalınlıqlarından asılı olaraq pətəkvari polikarbonat lövhələrin tətbiqi sahələri aşağıdakılardır:
- 4 mm – qış bağları, istixanalar , asma tavanlar və reklam konstruksiyaları (sərgi stendləri və vitrinlər)
- 6 mm – geniş tətbiq sahəsinə malikdir (günlük, istixanalar, vitrajlar)
- 8 mm – geniş tətbiq sahəsinə malikdir (arakəsmələr, günlüklər, istixanalar, damlar)
- 10 mm – şaquli və qismən üfüqi səthlərin başdan-başa şüşələnməsi üçün (zenit fənərləri, avtomagistrallar üçün səs keçirməyən çəpərlər)
- 16 mm – böyük aşırımlı tavanlar üçün (binalar, qurğular)
- 20mm – stadionların, idman qurğularının, hovuzların, piyada keçidlərinin, avtodayanacaq örtüklərinin, çardaq pəncərələri və balkonların şüşəbəndlənməsi
Polikarbonat Profillər
- Polikarbonat profillər, xüsusi olaraq, pətəkvari polikarbonat lövhələrin quraşdırılması üçün nəzərdə tutulmuşdur. Profillərin əyilmə radiusu, termiki genişlənmə əmsalı lövhələrin həmin parametrləri ilə eynilik təşkil edir.
- Polikarbonat profillər çöx yüksək möhkəmliyə malikdir, işığı yaxşı keçirir, çəkisi yüngüldür və ultrabənövşəyi şüaların təsirinə qarşı davamlıdır.
- Birləşdirici profillər çox uzun məsafəli örtüklərin çəkilməsində, xüsusilə, yarımqaranlıq damların örtük işlərində istifadə olunurlar ki, lövhələrin birləşdiyi yerlərdən də işıq şüaları keçə bilsin. Profillərin günəşin radiasiya şüalarından qorunması üçün çöl tərəfdən xüsusı qoruyucu örtüklə örtülürlər.
- Polikarbonat profillərin üstünlükləri: polikarbonat lövhələrin birləşmə yerlərində işıq şüalarının ötürülməsi; çox yüngül çəki; əyilə bilməsi və hermetik örtüklərin əmələ gəlməsi.
Profilin tipi | Profilin en kəsiyinin forması | Həndəsi ölçüləri, mm | Profilin çəkisi, q/m | Profilin divarının qalınlığı, mm | Profilin uzunluğu, m | |
---|---|---|---|---|---|---|
А | B | |||||
Sökülməyən birləşdirici polikarbonat profil | ||||||
HP 4-6 |
![]() |
8,76 | 52,55 | 106 | 0,71 | 6 |
HP 8 | 11,3 | 68,72 | 183 | 0,93 | ||
HP 10 | 14,04 | 84,89 | 277 | 1,15 | ||
Sökülə bilən birləşdirici profillər (qapaq + baza) | ||||||
НСР 8-16 (cap) | ![]() |
18,6 | 60,0 | 184 | 1,2 | 6 |
НСР 8-10 | ![]() |
16,4 | 62,0 | 166 | ||
НСР 16 (base) | ![]() |
23,0 | 62,0 | 206 | ||
Qapayıcı profil | ||||||
UP 4 | ![]() |
6,82 | 24,0 | 50 | 0,9 | 6 |
UP 6 | 9,0 | 25,0 | 64 | 1,0 | ||
UP 8 | 11 | 68 | ||||
UP 10 | 13,0 | 70 | ||||
UP 16 | 19,0 | 72 |
Sökülməyən birləşdirici profillər
Sökülməyən birləşdirici profillər, hər şeydən öncə, kiçik konstruksiyalı polikarbonat lövhələrdə - birləşmə məsafələrinin daha az olduğu konstruksiyalarda istifadə edilir. Bu profil şaquli vəziyyətdə olan polikarbonat panellərin birləşdirilməsi üçün idealdır (ofis arakəsmələri, reklam şitləri, işıq qutuları və s.)
Sökülə bilən birləşdirici polikarbonat profil
Sökülməyən birləşdirici profillər, hər şeydən öncə, kiçik konstruksiyalı polikarbonat lövhələrdə - birləşmə məsafələrinin daha az olduğu konstruksiyalarda istifadə edilir. Bu profil şaquli vəziyyətdə olan polikarbonat panellərin birləşdirilməsi üçün idealdır (ofis arakəsmələri, reklam şitləri, işıq qutuları və s.)
Qapayıcı polikarbonat profil
Sökülməyən birləşdirici profillər, hər şeydən öncə, kiçik konstruksiyalı polikarbonat lövhələrdə - birləşmə məsafələrinin daha az olduğu konstruksiyalarda istifadə edilir. Bu profil şaquli vəziyyətdə olan polikarbonat panellərin birləşdirilməsi üçün idealdır (ofis arakəsmələri, reklam şitləri, işıq qutuları və s.)