Haqqımızda


Şirkət Profili

Plastcon Group şirkəti Polimer plastik məhsulların (boru və boru birləşmələrin), beton boru, beton quyu, Polad məmulatların və hər növ kabellərin satışını həyata keçirir.

Bununla yanaşı su, qaz və kanalizasiya sistemlərinin qurulmasında, habelə digər inşaat sahələrində tələb olunan materialların satışını təşkil etmək şirkətin digər fəaliyyət istiqamətlərindəndir. Uğurlu layihələrin icrasının reallaşdırılması və hal-hazırda da bu sahədə işlərin davam etdirilməsi bizim fəaliyyətimizin mərkəzində dayanır.



Sumqayıt Texnologiyalar Parkı

Məhz XX əsrin 70-ci illərindən etibarən umummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu günkü uğurlu iqtisadiyyatımızın inkişafının bünövrəsi qoyulmuşdur. Həmin siyasətin uğurlu davamçısı olan Cənab Prezident İlham Əliyevin səy və bacarıqları nəticəsində bir çox iqtisadı islahatlar həyata keçirilmişdir və nəticədə fərdi sahibkarlar üçün çox əlverişli şərait yaradılmışdır ki, STP kimi nəhəng, çoxşahəli və respublikanın sənayesini inkişaf etdırən müəssisə yarandı. STP Azərbaycan Respublikasının iqtisadiyyatının stabil inkişafına öz tövhəsini verən ən iri vergi odəyicilərindən biridir.

Sumqayıt Texnologiyalar Parkı(STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir.

Texnoparkın məhz Sumqayıtda yaradılması Azərbaycanın iqtisadi cəhətdən inkişafına əhəmiyyətli dərəcədə təkan verməklə yanaşı, vaxtılə Qafqazda sənaye mərkəzi kimi yaradılan Sumqayıtın tarixi ənənələrinin bərpası deməkdir.

Bu gün STP-nin tikinti-montaj və istehsalat sahələrində 4500 işçi işləyir. Tikilməkdə olan zavodlar təhvil verildikdən sonra işçi heyətinin sayı 1000 nəfər də artacaq ki, bu da öz növbsində sosial yaşayış standartlarının yaxşılaşdırılmasına zəmin yaradacaq.

STP 2009-cu il dekabr ayının 22-də dövlət başçısı cənab Ilham Əliyev tərəfindən istismara verilmişdir.

STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur.

​​Ümumi sahəsi 250hektar olan sənaye tikililəri sahəsində yeni zavodların dizaynı və tikintisi davam edir.

STP-nin bütün zavodları Avropa istehsalı olan labaratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub; STP-də istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur.



Fəlsəfəmiz

Biznesimizin uğurlu olması 3 amilə əsaslanır – Keyfiyyət, Komfort və Dürüstlük. Məhz bu sarsılmaz prinsiplərin sayəsində PlastconGroup lider adını qazanmışdır. Beynəlxalq standartlara cavab verən keyfiyyətə nail olmaq üçün biz ən yeni avadanlıq və materiallardan istifadə edir, qabaqcıl texnologiyaları tətbiq edirik və bunun sayəsində Azərbaycana gətirilən bir çox innovasiyaların pioneri sayılırıq.

Lakin insan olmadan heç bir tərəqqi də ola bilməz. Bu səbəbdən bizim üçün əsas dəyər – insan faktorudur. Şirkətin əsas kapitalı burada çalışan insanlardır. Bu gün istənilən mürəkkəblikdə məsələləri həll edə biləcək, səriştəli möhkəm komandamız var. Kompaniyaların başında yüksək professional səviyyəyə malik, zəngin idarəetmə təcrübəsi olan, şirkətin sabitliyini və inkişafını təmin edə bilən insanlar durur.

Biznesimizin fəlsəfəsi QLOBALLIQDIR. Dünya birliyinə inteqrasiya şəraitində məhz biz, inşaatçıların qarşısında duran məsuliyyəti dərk edirik. Axı binaları ucaldaraq biz əslində gələcəyimizi qururuq. Vətənimizin sabah necə olacağı bu gün bizlərdən də asılıdır.


Dəyərlərimiz

PlastconGroup şirkəti fəaliyyətini aşağıdakı təməllər üzərində qurur:

  • Peşəkarlıq – PlastconGroup miqyasından asılı olmayaraq bütün layihələrin icrasına yüksək ixtisaslı kadrları cəlb edir, müasir və innovativ məhasullardan istifadə edir, bütün xidmətləri beynəlxalq standartlara uyğun təhvil verir.
  • Müştəri məmnuniyyəti – şirkətimiz hər zaman müştərilərimizə xidmət göstərərkən mükəmməlliyə can atır, onların maraqlarını qoruyur, tələblərinə diqqətlə yanaşır, gözləntilərini doğrultmağa çalışır.
  • Məsuliyyət – PlastconGroup üzərinə götürdüyü bütün öhdəlikləri və vədləri vaxtında, keyfiyyətlə və şəffav şəkildə yerinə yetirir.
  • Keyfiyyət - Yüksək keyfiyyətli məhsul və xidmətləri təmin etmək
  • İnsan Resursları - İnsan Resurslarının inkişafına investisiya etməklə peşəkar komanda formalaşdırmaq.
  • Cəmiyyət - Qanunvericiliyə riayət, mənəvi dəyərlər və adət ənənələrə hörmət çərçivəsində ətraf mühitə töhfə vermək
  • Sosial Məsuliyyət - Sosial məsuliyyətə zehinli və hərtərəfli yanaşma
  • Şəffaflıq - Bizim tərəfdaş, müştəri və işçilərimiz arasında fəaliyyət aydınlığı və şəffaflıq nümayiş etdirmək

Məhz bu vacib dəyərlər bizim müştərilərimizin, partnyorlarımızın və öz əməkdaşlarımızın etibarını qazanmağa və saxlamağa bizə kömək edir. Uğurla həyata keçirdiyimiz layihələrin sürətlə artması şirkətimizin inkişafının, xidmətlərimizin keyfiyyətinin və mütəxəssislərimizin peşəkarlığının göstəricisidir ki, biz bununla fəxr edirik.

  • Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir;
  • Gözəl əxalqa malik insanları işə alırıq, işçilərimizin " öz işinin lideri" olduğuna inanırıq;
  • İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk.
  • İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk.
  • İşçilərimizə etibarlı, təhlükəsiz və sağlam işləyəbiləcəkləri iş şəraiti yaradırıq.
  • Şirkətimizin işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl əsası olaraq görürük.
  • Şirkətimizə duyulan etibara və bağlılığa böyük önəm veririk.
  • Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq.
  • Olduğumuz ölkənin qaydalarına tabe oluruq.
  • Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləriylə davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik.
  • Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyət və sosial statuslarına baxmadan bərabər davranırıq.

Planlarımız

Şirkət fəaliyyət dairəsini genişləndirmək, mövcud sahələrə isə daha geniş yanaşmaq niyyətindədir. Qısamüddətli perspektivdə yeni sənaye müəssisələrinin salınması nəzərdə tutulur. Həmçinin birliyin planlarına qeyri-yaşayış tikintisinə investisiyaların qoyulması və yeni biznes sahələrinin araşdırılması daxildir.


Keyfiyyətin idarəolunması

İdarəetmənin keyfiyyətini, həmçinin müştərilərin məhsul və xidmətlərin keyfiyyəti ilə məmnunluğunu təmin etmək məqsədi ilə PlastconGroup aşağıda göstərilən missiya və siyasəti yerinə yetirmək öhdəliyini öz üzərinə götürür:

Missiya

  • Şirkətin idarəetmə sisteminin yaradılması və daim təkmilləşdirilməsi
  • Peşəkarlardan ibarət komanda yaratmaq və onun inkişafını təmin etmək
  • Gələcək nəsilləri yüksək həyat keyfiyyəti ilə təmin etmək
  • Gələcəyi ənənələrə hörmət etməklə və ən son texnologiyaları tətbiq etməklə qurmaq

Keyfiyyətin idarəolunması sahəsində siyasət

  • Qanunvericiliyə və Beynəlxalq Keyfiyyətin İdarəolunması Standartına (İSO 9001) uyğun fəaliyyət göstərmək
  • Təhlükəsiz iş mühiti yaratmaq
  • Şirkət əməkdaşlarının rifahını yaxşılaşdırmaq
  • Tikinti və istehsalat sahəsində ancaq aparıcı texnologiyalardan istifadə etmək
  • Təbii sərvətlərdən mümkün dərəcədə effektiv istifadə etmək, ekologiyanı qorumaq
  • Xalq ənənələrinə hörmət etmək

ƏMƏDAŞLARIMIZ

PARTNYORLARIMIZ