Əlaqələndirici naqillər

H03VV-F, H03VVH2-F, H05VV-F, H05VVH2-F birləşdirici naqillər


Tətbiqi sahəsi:
Nominal əməliyyat gərginliyi 380 V olan (380/380V şəbəkələr üçün) şəbəkələrdə istifadə edilən, mexaniki təsirin az olduğu qapalı və quru yerlərdə, məişət və bu tipli qurğuların (paltar yuyan maşın, soyuducu, bağçılıq və bostançılıqda istifadə edilən alətlərin və cihazların, şəbəkə ilə istifadə olunan vasitənin arasında uzadıcı keçid yaratmaq üçün və s.) istifadəsində tətbiq olunur.
Faza keçiricilər neytral (mavi) və əsas (yaşıl/sarı) keçiricilərin rənglərini saxlamaqla istənilən rənglə əvəzlənə bilər.

Damarların sayına görə rənglərin təyini
2 damarlı - mavi, qəhvəyi
3 damarlı- yaşıl/sarı, mavi, qəhvəyi
4 damarlı - yaşıl/sarı, mavi, qəhvəyi, qara
5 damarlı - yaşıl/sarı, mavi, qəhvəyi, qara, qırmızı

H03VVH2-F tipli kabel 0.5mm2 və 0.75mm2 en kəsikli 2 və ya 3 damardan ibarətdir, bununla yanaşı əlavə texniki göstəricilərə uyğun olaraq başqa ölçülərdə də istehsal olunur. Əlavə texniki göstəricilərə uyğun olaraq ПВС tipli naqillər də istehsal olunur.


Texniki göstəricilər:

  • Naqilin istifadəsi zamanı ətrafın temperaturu: (-25°C +40°C)
  • Nisbi rütubətlilik: 35°C-də 98%
  • İstismar müddəti: 6 il
  • Cərəyan keçirən damarlar yüksək elastikliyə malik olub İEC 60228 standartında göstərilən V sinif mis naqillərdən hazırlanmışdır.

Parametrlər

Naqilin növü S Cərayan keçirən naqillərin sayı, pcs R
2 3 4 5
Naqilin istehsal ağırlığı, kg/km
H03VV-F 0,75 53,9 64,2 78,7 98,7 26
1 61,6 74,3 95,1 114,9 19,5
1,5 82,7 104,4 131,3 163,8 13,3
2,5 123,5 156,1 194,2 241,9 7,98

Konstruksiya:
1. Çox damarlı mis keçirici (İEC 60228 5 class)
2. PVC izolyasiya
3. PVC örtük

plastcongroup.az

plastcongroup.az

plastcongroup.az

plastcongroup.az


H03VVH2-U, H03VVH2-K birləşdirici naqillər


Tətbiqi sahəsi: H03VVH2-U, H03VVH2-K növü kabellər dəyişən cərəyanda işləyən ev avadanlıqlarında, işıqlandırma şəbəkələrində, xüsusilə də, 250V əməliyyat gərginlikli taxta konstruksiyalarda istifadə üçün nəzərdə tutulub.
Texniki göstəricilər:

  • Damarın en kəsik sahəsi, mm2: 1.0, 1.5 2.5, 4.0, 6.0
  • Damarların sayı: 2 və ya 3
  • Naqilin istifadəsi zamanı ətrafın temperaturu: -50°C-dən +70°C-ə
  • Nisbi rütubətlilik: 35°C temperaturda 100%
  • İstismar müddəti: 15 il
Konstruksiya:
1. Mis naqil damar
2. PVC izolyasiya
3. PVC örtük

plastcongroup.az

plastcongroup.az