Yerüstü kabellər

SAX və ABC öz yükünü daşıyan, izolyasiya olunmuş, Hava elektrik veriliş xətləri


Tətbiqi sahəsi: SAX və ABC markalı naqillər, ГОСТ 15150 standartında göstərilən atmosferin II və III tipinə əsasən, yaşayış binalarının xaricində (xarici divarlarında) işıqlandırma məqsədi üçün çəkilən və yaxud texniki qurğuları elektrik enerjisi ilə təchiz edən, nominal işçi gərginliyi 0.66, 1.0, 10, 20, 35 kV – a qədər olan naqillərdir. Quraşdırılmış temperaturda işlədiyi zaman naqildə istifadə olunan izolyasiya materialı insan orqanizmi və ətraf mühitə zərərli olan heç bir maddə və konsentrat buraxmır.
SAX tipli naqillərdə istifadə olunan izolyasiya materialı aşağı sıxlıqlı termoplastik polietilen (LDPE)-dir.
ABC -də istifadə olunan izolyasiya materialı çapraz-bağlanmış polietilen (XLPE)-dir.

Texniki göstəricilər:
Nominal əməliyyat gərginliyi: 0,66/1,0 kV (ABC üçün)
Nominal əməliyyat gərginliyi: 10/20/35 kV (SAX üçün)
Damarların en kəsik sahəsi, mm2: 16 ÷ 240 (ABC üçün)
Damarın en kəsik sahəsi, mm2: 35 ÷ 240 (SAX üçün)
Naqil gün şüalarının təsirinə və yağıntılara qarşı davamlıdır
Naqilin istifadəsi zamanı ətraf mühitin temperaturu: -60°C +50°C
İstismar müddəti: 40 il
İstismara verilən andan etibarən naqilin zəmanət müddəti: 3 il

ABC növ kabellərin çəkiləri və dayanıqlığı

Naqilin növü S Cərayan keçirən naqillərin sayı, pcs R
2 3 4
Naqilin istehsal ağırlığı, kg/km
ABC 16 132,2 198,44 264,6 1,91
25 190,7 286,1 381,5 1,2
35 249,7 374,5 499,3 0,868
50 350 525,1 700,1 0,641
70 - - 978,6 0,443
95 - - 1295,1 0,32
120 - - 1571 0,253
S Nominal en kəsik sahəsi, mm
R 1 km uzunluqlu cərəyan keçirici damarın 20°C temperaturda elektrik müqaviməti, Om (aşağı və ya bərabər)
STP kabel zavodunda SAX və ABC tipli hava xətlərinin başqa ölçüləri də istehsal olunur.

Konstruksiya:
1. Alüminium naqil hermetik damar (ГОСТ 22483, II sinif)
2. Qarşılıqlı əlaqədə olan işığa davamlı polietilenin izolyasiyası

plastcongroup.az

plastcongroup.az

plastcongroup.az

plastcongroup.az