Elektrotexniki çubuqlar
Elektrotexniki alüminium çubuqlar
Fasiləsiz tökmə və yayma üsulu ilə istehsal olunan alüminium çubuqlar elektrotexniki məqsədlər üçün istifadə olunur. Kabel istehsalında alüminiumun istifadəsi təbii ehtiyatlarının çoxluğu və kifayət qədər yüksək elektrik keçiricliyi ilə əlaqədardır.
Alüminium çubuqların əsas göstəriciləriAlüminium çubuqların nominal diametri, mm | Dözümlülük, mm | 20°C temperaturda xüsusi müqavimətlilik, Om•mm2/m (bundan az və ya bərabər) |
---|---|---|
9,5 | ± 0.3 | 0,028 |
Elektrotexniki mis çubuqlar
Mis çubuqlar müxtəlif sənaye sahələrində geniş istifadə olunan keyfiyyətli məhsuldur. Mis çubuqlar fasiləsiz tökmə və yayma üsulu ilə təmizlənmiş mis qəlpələrdən hazırlanır. Mis naqillər yüksək elektrik keçiriciliyinə, mexaniki möhkəmliyinə, korroziyaya qarşı dözümlülüyünə, emal, qaynaq və lehimlənməsinin asanlığına görə kabel sənayesində geniş istifadə olunur.
Mis çubuqların əsas göstərciləriMis çubuqların nominal diametri, mm | Dözümlülük, mm | 20°C temperaturda xüsusi müqavimətlilik, Om•mm2/m (bundan az və ya bərabər) |
---|---|---|
8,0 | ± 0.4 | 0,01718 |