x

TƏKLİF AL

XİDMƏTLƏRİMİZ

Qazma Quraşdırma

Bu gün plastik məhsullar texnoloji yeniliklərlə birlikdə həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bunun nəticəsi olaraq insanlar artıq məişətdə bir vaxtlar su çəkilişləri zamanı istifadə etdikləri metal borulardan daha ucuz, kimyəvi və təbii təsirlərə davamlı, asan istifadə oluna bilən plastik borulara üstünlük verməyə başlayıblar.
Plastcon Group olaraq, boruların satışını həyata keçirməklə kifayətlənmirik, onların qazma-quraşdırma işlərini də reallaşdırırıq. Ən mürəkkəb şəbəkələrin qurulmasını icra edə biləcək peşəkar komandamız sizin layihələrinizi yüksək dəqiqliklə işləmək iqtidarındadır.
Şirkətimiz sənaye, mülki, kənd təsərrüfatı və digər sektorlarda boruların çəkilişini öhdəsinə götürə bilir. Mütəxəssislərimiz iri su kəmərlərinin, kanalizasiya xətlərinin, boru kəmərlərinin, xarici suötürmə sistemlərin və s. çəkilişini həyata keçirir. Həmçinin drenaj və digər sistemlərin quraşdırılmasını da təmin edirik.

Sendviç Panellərin Quraşdırılması

Plastcon Group çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək müqaviməti, səs izolyasiyası və korroziyaya davamlılığı ilə seçilən sendviç panellərin satışı ilə yanaşı, onların quraşdırılmasını da həyata keçirir.
Divar və dam işlərini təcrübəli ustalardan ibarət komandamıza həvalə edə bilərsiniz.

Tikinti Xidmətləri

Plastcon Group inşaat sektorunda da güvənə biləcəyiniz bir şirkətdir. Layihələrinizi  müasir texnologiyalarla iş təcrübəsi olan peşəkar ustalardan ibarət komandamıza etibar edə bilərsiniz.

Müvafiq lisenziya əsasında həyata keçirdiyimiz təmir və tikinti işləri qanunvericilikdə tələb olunan standartlara tam cavab verir. Təklif etdiyimiz qiymətlər vəsaitinizə, əməkdaşlarımızın operativliyi isə vaxtınıza qənaət etməyinizi təmin edəcək. 

Biz istənilən üslub və təyinatda obyektlərin, binaların, fərdi yaşayış evlərinin inşasını reallaşdıran zaman bütün işləri kompleks şəklində görürük və təhvil verdiyimiz layihələrin keyfiyyətinə zəmanət veririk.

Polimer məhsulların istehsalını və satışını həyata keçirən Plastcon Group şirkəti Sumqayıt Texnologiyalar Parkı (STP) ilə Birlikdə İSO strandartlarına cavab verən məhsullar istehsal etməkdədir.