Qaynaq üsulu ilə alınmış fitinqlər

PE 100 polietilen qaynaq fitinqləri PE100 yüksək sıxlıqlı polietilendən hazırlanan polietilen borular üçün birləşdirici hissələrdir. Bu fitinqlər qaynaq vasitəsilə polietilen boru kəsiklərinin birləşdirilməsi yolu ilə istehsal edilir. İstehsal olunmuş PE 100 polietilen qaynaq fitinqlərin aşağıdakı konfiqurasiyaları və növləri var: 15°, 30°, 45°, 60 ° və 90°. Bu fitinqlər istiqamətin dəyişdiyi yerlərdə (döngə və ayrıclarda) və boru kəmərinin diametrinin dəyişdiyi yerlər üçün nəzərdə tutulmuşdur.

PE 100 polietilen qaynaq fitinqləri xüsusi qaynaq cihazlarının köməyi ilə uc-uca qaynaq vasitəsilə birləşdirilir. PE 100 polietilen qaynaq fitinqləri kimyəvi müqavimətliliyi, temperatur dəyişməsi və deformasiyalara dözümlülüyü ilə fərqlənir. Bu fitinqlər oksidləşməyə məruz qalmır və uzun müddət ərzində dağılmır. PE 100 polietilen qaynaq fitinqlərin istismar müddəti 50 ildir, bu da boruların uzunmüddətli və davamlı istifadəsini təmin edir.